Yumşaq mebellər

Qiymət və ölçüsündən  aslı olmayaraq mebellər evimizin ayrılmaz bir hissəsini təşkil  edir. Evmizdəki mebellər arasında yumşaq mebellər xüsusi önəm daşıyır.Həm rahat ,həm görünüş  cəhətdən gözəl ,həm də büdcəmizə uyğun yumşaq mebel tapmaq o qədər də asan deyil .

Almaq istədiymiz mebel uzun ömürlü  olmalı ,gözləntilərmizi qarşılamalıdır.Bu səbəbdən yumşaq mebel ,yəni divan və kreslo  haqqında əvvəlcədən az da olsa informasiyamız olmalıdır. Görünüşü gözəl olan bir mebel narahat ola bilər və ya qiyməti büdcəmizə uyğun olmaya bilər. 

Yumşaq mebellərin istehsalında istifadə olunan materialların növü,birləşmə yerlərinin möhkəm olması,cilasının düzgün olması da mebel haqqında qərar verərkən əhəmiyyət verməli olduğumuz faktorlardandır. Qiymət,rahatlıq, funksionallıq, tutduğu sahə,dözümlülük müddəti, baxım xərcləri də nəzərə alınmalıdır.

Yumşaq mebellər geniş seçim imkanı, mükəmməl keyfiyyət,uyğun qiymət ilə sizlərə təqdim  olunur. Müxtəlif rəng və dizaynda hazırlanmış bu dəstlərə  Need Mebel vasitəsi ilə sahib  ola bilərsiniz. 

Yumşaq mebel seçərkən nələrə diqqət etməliyik?Yumşaq mebellər  deyildikdə divan və kreslo dəstləri nəzərdə tutulur. Divan evdə istirahət etmək üçün mükəmməl bir mebel parçasıdır. Çətin bir gündən sonra yumşaq və rahat bir divanda oturmaq izah olunmaz bir hissdir. Oturma otağında göstərilən mebel parçası interyerin mərkəzinə çevriləcəkdir. Divanın görünüşündə əsas diqqəti cəlb edən birinci məsələ düzgün parça seçimidir. Əsasən parçalar dəridən, nabuk parçalardan velvet parçalardan istifadə olunur.Mexanizmalı divanlarda qalın parçalardan istifadə etmək daha məqsədə uyğun olardı.Bu seçiminizlə parçanın ömrünü uzatmış olarsınız.Düyməli model olan divanlarda isə tam əksinə yumşaq parçalardan, velvet parçalardan istifadə olunması tövsiyyə olunur

Funksionallıq divan dəstlərində  əsas xüsusiyyətlərdən biridir.Çünki bunun sayəsində divan dəstləri dar evlərdə geniş imkanlar təmin etmiş olur. Bu baxımdan divanınızın modullarla, hissələrlə olması sizə müxtəlif ölçüdə olan otağınızda rahatlığı təmin etmiş olur. 

Praktik olan divanlar əsasən mexanizmasının sadəliyi və uzun müddətliyi ilə fərqlənməlidir. Sadə toxunuşlarla açılıb bağlanan olmalıdı

Bəyənə biləcəyiniz məqalələrimiz

Divan eviniz üçün alacağınız ən vacib mebel parçalarından biridir. Oturmaq üçün rahat ,dəstəkləyici ,dayanıqlı olmalı və uzunömürlü materiallardan hazırlanmalıdır. Nəticədə

Divan və koltuq seçərkən aşağıdakı məsələlərə diqqət etmək vacibdir: Son olaraq, bütün faktorlar bir arada nəzərə alınmalıdır. Divan və koltuqların

Yataq Uşaq otağında ən vacib əşya sayılır . Hər şeydən əvvəl , yataq uşağıistirahət və sağlam yuxu ilə təmin edir