Uşaq otağına mebel seçimi

Yataq

Uşaq otağında ən vacib əşya sayılır . Hər şeydən əvvəl , yataq uşağı
istirahət və sağlam yuxu ilə təmin edir . Yaş , maraq və uşaqların sayından asılı
olaraq , yatağın növü seçilir : beşik , mərtəbəli , açılan divan tipli , ənənəvi yataq
və s.
3 yaşınadək uşaqlar üçün bamperli yataqlar seçilir ki , yatarkən yıxılmasın .
3 – 7 yaşlı uşaqlar üçün tematik yataqlar seçə bilərsiniz . Hal – hazırda
tematik yataqlar geniş yayılmışdır . Qızlar üçün nağıl mövzulu – şahzadə yatağı ,
oğlanlar üçün kiçik avtomobil kimi görünən və ya çardaq tipli yataqlar dəbdədir .
Çardaq yataqlar dar otaqda əlavə yerə qənaət etməyə imkan verir . Bu yataq
altında yazı stolu və əlavə dolablar yerləşdirmək olar .
Yeniyetmələr üçün isə açılan divan , kreslo və ya ənənəvi yataq modellərini
seçə bilərsiniz . Eni 0.8 – dən 1.2 – 1.4 metrə qədər olan yataqlar təkyataqlı
sayılır .
Döşək (matras) seçiminə ciddi yanaşmaq lazımdır . Böyüyən orqanizm
üçün onurğa sütununun düz vəziyyətdə olması vacibdir . Çalışın ortopedik döşək
seçin . O, yatanın bədən formasını alır və yuxunun sağlamlığına və keyfiyyətinə
müsbət təsir göstərir .

Stol

Uşaq oturmağı öyrənən kimi ona stol lazım olur . Körpələr üçün yemek
yedizdirilməsi rahat olması üçün xüsusi yemək masası , bir az böyüdükdən sonra
uşağınızın yaradıcılıqla məşğul olması üçün kiçik stol , məktəbli və yeniyetmələr
üçün isə yazı stolu yerləşdirə bilərsiniz .
Uşaqlar üçün masalar çox ciddi tələblərə cavab verməlidir . Hər şeydən
əvvəl , bir məktəb masasının bir iş yeri rolunu oynadığını və buna görə eyni
zamanda həm rahat , həm də işlək vəziyyətdə olmasını unutmamalıyıq . Bundan
əlavə , uşaqlar üçün kompüter masaları , bir qayda olaraq , uşaq otaqlarında yer
alaraq , cəlbedici bir dizaynı olmalı və sahiblərini həqiqətən sevindirməlidir .
Bu gün istehsalçılar bu cür mebellərin böyük bir seçimini təklif edirlər . Bu ,
tələbələr üçün minimum əlavə aksesuarı olan və kifayət qədər ciddi görünüşü
olan masa da ola bilər ( bir qayda olaraq , bunlar ən ucuz modellərdir ) və ya
əlavə olaraq otaqda yer saxlamağa imkan verən tələbə üçün bir künc masası və
ya tam əlavə çəkməcələri və açıq rəfləri olan uşaqlar üçün kompüter masaları da
ola bilər .

Uşağınız üçün masa seçərkən hər şeydə uşağınızın ehtiyaclarına diqqət
yetirməlisiniz . Hər şeydən əvvəl , bu rahatlığa aiddir – şagird üçün stol onun
boyuna uyğun olmalıdır ki , dərs edərkən bu onun onurğa sütununu və görmə
qabiliyyətini pozmasın . Uşağınızın rəyini və praktikliyi nəzərə almaq çox vacib
şərtdir . Yazı masası mümkün qədər etibarlı və davamlı olarsa , eyni zamanda ,
onun dizaynı hündürlüyü tənzimləmək imkanını təmin edərsə , bir tələbə üçün
belə bir masa ( künc və ya divar ) uzun illər ona xidmət edə biləcəkdir .
Əgər stol və stullarda yüksəklik tənzimləmə mexanizmi olarsa , bir neçə il
daha artıq sizə xidmət göstərə bilər .
Şkaf

Yeni doğulmuş körpə otağı üçün şkaf əvəzolunmaz mebeldir . Uşaq
bezlərini və paltarlarını saxlamaq üçün kiçik komod yetərlidir . Bir çox
istehsalçılar ananın rahatlığını düşünərək üstündə uşağın altını dəyişilmsi üçün
masa ilə birgə istehsal edirlər .
Məktəbəqədər uşaqlar və şagirdlər üçün qarderob almaq daha yaxşıdır .
Uşaqda psixoloji narahatlıq yaratmaması üçün o, çox böyük olmamalıdır .
Rəflərdən əlavə paltar asmaq üçün askı yeri olmalıdır . Aşağı bölməni oyuncaqlar
üçün ayırın . Uşaq üçün onları götürüb sonra yerinə qoymaq asan olacaq .
Yeniyetmələr üçün şkaf böyük və geniş olmalıdır . Qızlarda paltar
çoxluğunu nəzərə alsaq onlara böyük şkaf ən ideal variant ola bilər , lakin
oğlanlar üçün bu aktual olmaya da bilər .
Düz dolabla yanaşı , aşağıdakı növdə şkafları da uşaq otağında yerləşdirə
bilərsiniz :
 Güzgülü qapılı şkaf – kupe otağı vizual olaraq geniş göstərəcək ;
 Künc şkaflar , hansı ki , kiçik uşaq otağında əlavə yerə qənaət edəcək ;
Məktəb ləvazimatlarını və kitabları saxlamaq üçün asma rəflər ən ideal
variantdır . Onların uşağın əli çatdığı hündürlükdə olması şərtdir . Bu , həm
oxumağa həvəs yaradır , həm də uşağınızın təhlükəsizliyini təmin edir .
Hər bir uşaq üçün onun otağı ətraf aləmi qavramağa başladığı xüsusi bir sehrli
dünyadır . Uşağın inkişafı və həyatda gələcək uğurları otağından başlayır . Buna
görə də , uşaq otağının dekorasiyası üçün gücünüzü və xəyalınızı əsirgəməməyə
çalışın . Bizim dizaynerlərimiz bu çətin və sevincli işdə sizə yardımçı olmağa şad
olar .
Bizdən mebel sifariş edərkən cibinizə uyğun qiymət , mebel seçimində
peşəkar köməyi , həmçinin yüksək keyfiyyət zəmanəti əldə etmiş olacaqsınız

Bəyənə biləcəyiniz məqalələrimiz

Divan eviniz üçün alacağınız ən vacib mebel parçalarından biridir. Oturmaq üçün rahat ,dəstəkləyici ,dayanıqlı olmalı və uzunömürlü materiallardan hazırlanmalıdır. Nəticədə

Divan və koltuq seçərkən aşağıdakı məsələlərə diqqət etmək vacibdir: Son olaraq, bütün faktorlar bir arada nəzərə alınmalıdır. Divan və koltuqların

Uşaq otağının tərtibatına yaradıcı və sevgi ilə yanaşmaq lazımdır. Çünkibura uşağın gününün daha çox hissəsini keçirəcəyi yerdir. Ona görə də