Mətbəx stilini necə müəyyənləşdirmək olar?
Əvvəlcə qeyd edək ki, pis və ya yaxşı, dəbli və ya dəbsiz üslub yoxdu. Sizin xarakteriniz və həyat tərzinizə uyğun və ya həyat tərzinizə uyğun olmayan üslublar var. Özünüzə uyğun üslubu seçməzdən əvvəl isə üslublarla daha ətraflı tanış olmalısınız.
Mətbəxiniz nə qədər parlaq və qeyri-adi olarsa ,onu dəbin təsiri altında tez – tez dəyişməli olacaqsınız.
Mətbəx mebelinizi tez-tez dəyişməyi planlamırsınızsa, klassik, kantri , modern,minimalizm üslublarından birinə üstünlük verin . Rəng qamması sizin fərdi rəng seçiminizdən asılıdır. Mətbəxiniz üçün üstünlük verdiyiniz rəng çalarlarını seçməyi məsləhət görürük. Düzgün seçilmiş rəng heç vaxt gözünüzü yormayacaq.
Mətbəx dizaynı
Mətbəx – bütün ailənin evdə bir yerə toplaşdığı ən vacib yerlərindən biridir. Mətbəxdə vaxtımızın əhəmiyyətli bir hissəsini keçirdiyimiz üçün ora rahat, çoxfunksiyalı olmalı və sahibəsinin zövqünü oxşamalıdır. Mövcud mətbəx üslublarını nəzərdən keçirək.
Mətbəx üslubları
KLASSIK ÜSLUBLU MƏTBƏX
Klassika hər zaman dəbdədir və bu, bu üslubun əsas üstünlüyüdür. Dəbin pik nöqtəsində nə olursa olsun , klassik üslublu mətbəx zaman xaricindədir! Klassik mətbəx üçün mebel əsasən taxtadan – palıd , göyrüş ağacı, ağcaqayın, vələs , fıstıq kimi sərt ağaclardan hazırlanır.
Hal – hazırda , təbii ağacdan əlavə klassi mətbəxi bəzəmək üçün müxtəlif materiallar var. Təbii ağaca oxşayan MDF, akril, plastik kimi materiallar klassik interyerə uyğun gəlir.Klassik mebelin rəng çaları bej və qəhvəyi rəngərə doğru dəyişir.
klassik mətbəx interyerini geniş otaqlar üçün seçmək daha yaxşıdır., kiçik mətbəxdə bu dizayn yarımçı görsənəcək. Kiçik mətbəxdə klassik dizaynı istəsəniz , dekorsuz , aznaxışlı sadə formalı mebelə üstünlük verməlisiniz. Beləliklə, kiçik mətbəxinizdə geniş yer saxlamış olacaqsınız. . Bundan əlavə, açıq rənglərə, mat şüşələrə üstünlük verin.. İşıqlı mətbəxdə dekorun çoxluğu belə yeri kiçiltmir.
MODERN ÜSLUBLU MƏTBƏX
Modern üslubu lakonik forma və detalları ilə , lazımsız elementlərin olmaması ilə xarakterizə olunur. Bu, mətbəx dizaynı üçün olduqca praktik stildirbu dizaynda mətbəx texnikası adətən quraşırılır. Rəng sxemi üç rəngdən daha çox istifadə etməmək və aralarındakı uyğunluq qaydalarına riayət etməklə müxtəlif ola bilər.
İnteryerdə işıqlandırmaya daha çox diqqət yetirilir: İşıqlandırma təkcə məkanın formasını deyil , həm rəng çalarlaını da dəyişə bilər. Modern üslubu kiçik mətbəxlər üçün də tətbiq oluna bilər.
KANTRI ÜSLUBLU MƏTBƏX
Kantri – rahat və praktik kənd üslubudur. . Klassik üslub kimi, kantri üslublu mebellər təbii materiallardan hazırlanır. Məişət texnikası mümkün qədər təbii materiallara uyğun seçilb yerləşdirilir. Çünki parlaq, xrom səthlər bu dizaynla disqarmoniya təşkil edir. Çox vaxt bu dizayn üçün antik mebel seçilir. Şkafın tutacaqları sarı metallardan hazırlanır, interyer daş və ya mərmər ilə tamamlanır.
Kantri üslubunda xalçalardan və kətan pərdələrdən istifadə olunur. Bu mətbəxin mənfi cəhəti çox elementlərdən istifadə olunmasıdır. Bu da interyer üçün geniş yer tələb edir.
HAY-TEK ÜSLUBLU MƏTBƏX
Meqapolisin müasir üslubu ola hay-tek kantri və klassikdən şüşə və metalın bolluğu ilə fərqlənir. Hay – tek üslubunun əsas atributu ən son model məişət cihazlarıdır. Onlar bu üslubun əsas təcəssümüdür. Mebel məişət cihazlarının funksionallığını vurğulamaq məqsədinə xidmət edir.
Hay-tek üslubu ən çox dəyişikliyə məruz qalan və çoxlu maliyyə vəsaiti tələb edən üslubdur.
Hay-tek üslublu mətbəxin rəng çaları dominant parlaq (qırmızı, mavi, sarı, yaşıl) və neytral kontrast rəngdən (boz, polad, qara, ağ, qızıl) ibarətdir.
Qırmızı və boz – hay – tek mətbəxinin ən xarakterik rənglərindən biridir.
MINIMALIZIM ÜSLUBLU MƏTBƏX
Minimalizm dekorun olmaması , xətlərin maksimal dəqiqliyi, düzgün həndəsi formasının olması, monoxrom (monoton) rəng qamması ilə xarakterizə olunur. Sonsuzluq illuziyasını yaratmaq üçün işıqlandırmaya daha çox diqqət yetirilir. Mebelin səthi parlaq və hamar olur. Mebel – texnologiyaya əlavə funksiyasını daşıyır. Düz xəttlər, funksionallıq – üslubun əsas xüsusiyyətləridir.
İşıq və məkanın düzgün birləşməsi minimalizm tərzli mətbəxin əsas vəzifəsidir. Mətbəxin interyerində artıq heç nəyin olmaması üslubun əsas xarakteridir