Uşaq otağı və onun tərtibatı

Uşaq otağının tərtibatına yaradıcı və sevgi ilə yanaşmaq lazımdır. Çünki
bura uşağın gününün daha çox hissəsini keçirəcəyi yerdir. Ona görə də interyer
və mebellər uşağınıza təhlükəsizlik , rahatlıq, sevgi hissi aşılamalı, otağı ona
sevdirməli və onun hərtərəfli inkişafına kömək etməlidir. Uşağın yaşına görə
otağı tərtib edərkən onun maraqları ön plana çəkilməlidir.
Uşağın intellektual inkişafı və sağlam böyüməsi üçün otaq günəşli və geniş
olmalıdır. Otağın qaranlıq künclərini isə dekor və lampalarla işıqlandırmaq olar.
Uşağın cinsinə, yaşına və maraq dairəsinə görə müxtəlif dizaynda mebel
seçmək olar.

Uşağın yaşına görə otağın tərtibatı
Yeni doğulmuş körpə üçün otaq tərtibatı

Yeni doğulmuş körpə üçün otaq tərtib edərkən zərif, açıq pastel rəng
çalarlarından istifadə edə bilərsiniz. Uşaınız üçün təhlükəsiz və etibarlı yataq
seçin. Laklı taxta mebel seçimindən uzaq olun. Bu körpəniz üçün zərərli ola bilər.
Çünki körpənin dişi çıxmağa başlayanda onu gəmirməyə başlayacaq , bu da
onun lakı udma ehtimalını çoxaldacaqdır. Ona görə də təbii ağacdan olan uşaq
yatağı modellərinə üstünlük verməyə çalışın. Onlar ekoloji və təhlükəsizdirlər.
Otağa qeyri – adi görünüş vermək istəsəniz maraqlı və qeyri – adi
dizaynda çilçıraq və lampalar seçərək onları otağın dekoruna çevirə bilərsiniz.
Günün çox hissəsini burada keçirəcəyini nəzərə alaraq analar üçün
sallanan kürsü ideal variantdir. Çünki stulda dincəlmək və körpəni yelləmək daha
rahat olacaqdır.
Uşağınızın paltar və əşyalarını saxlamaq üçün çəkməcə və divar
rəflərindən istifadə edə bilərsiniz.

Məktəbəqədər uşaq üçün otaq tərtibatı

Uşaqlar bu yaşda ətrafı aktiv şəkildə öyrənməyə çalışır, hər şeyə maraq
göstərir və hər yerə dırmaşmaq, hər şeyə toxunmaq və dadmaq istəyirlər .
demək ki, bu mərhələdə valideynlərin vəzifəsi otağı uşaq üçün təhlükəsiz və
rahat etməkdir. Şüşə və sınan əşyaları onların əl çatmayacağı yerə qoyun . Uclu
künc və güzgülərin sayını azaldın. Mebel yerində möhkəm durmalı və rəflər
sallanan uşağın çəkisi nəticəsində onun üstünə düşmə təhlükəsi yaratmamalıdır.
Uşağınızın nə qədər aktiv olduğunu nəzərə alaraq yuyula bilən divar kağızı
seçmək daha məsləhətlidir.

Bu yaşdan etibarən uşaq otağını şərti olaraq 4 yerə bölmək olar:

  1. İstirahət yeri
  2. Iş yeri
  3. Oyun yeri
  4. Əşyaları saxlamaq üçün yer
    Əşya və oyuncaqları lazımı yerə yığmağı əvvəlcədən uşağa öyrətmək
    lazımdır. İş yeri zonasına uşağınızın yaradıcılıqla məşğul olması üçün kiçik stol
    masası və ya lövhə yerləşdirə bilərsiniz.
    İşıqlandırmaya xüsusi diqqət yetirin. Yatağın yanında gecə lampası qoyun.
    Tavanı ağ rəngə boyayın. Divarları, xüsusilə oynama zonasını bəzəyin.
    Uşağınızın sevimli qəhrəmanları və ya yapışqan parlaq şəkilllərdən istifadə edin.

Məktəbli üçün otaq tərtibatı

Məktəbli üçün də tələblər eyni olaraq qalır : davamlılıq, etibarlılıq, minimum
iti künc və şüşələr.
Tələbə otağının interyeri neytral dizayn və parlaq vurğu ilə seçilir. Rəng
stres yaratmamalı və gözləri yormamalıdır. Neytral çalarlardan – bej, şaftalı, süd
rəngi, açıq boz, solğun yaşıl rənglərdən istifadə edə bilərsiniz. Otaq dizaynında
bir qayda var: üçdən çox parlaq rəngdən, qara, ağ və onların törəmələrindən
istənilən miqdarda istifadə etmək . Aşağı sinif şagirdləri rəngbərəng dizayna
üstünlük verirlər, yuxarı sinif şagirdləri isə ağ və boz, bej rəngləri bəyənə bilərlər.
Otağın dekorasiya edərkən divarın bir tərəfini şəkil və fotoşəkillərlə bəzəyə
bilərsiniz.
Məktəbli otağını şərti olaraq 3 yerə bölmək olar:

  1. Yuxu sahəsi
  2. Oyun sahəsi
  3. Təhsil sahəsi
    Təhsil sahəsinə yazı stolu və kitab və dərsliklər üçün kitab şkafı aiddir. Bu sahə
    pəncərənin yaxın olarsa yaxşıdır. Çünki təbii işıq gözləri gərginləşdirmir, səma və
    ağaclara baxış emosional stresi azaldır. əgər eviniz birinci mərtəbədədirsə ,
    küçəyə baxış uşağı dərslərdən yayındıracaq və diqqətini dərslərə yönəltməyə
    imkan verməyəcəkdir. Masanı pəncərənin yanına və ya perpendikulyar qoyun:
    uşaq sağ əllidirsə solda, uşaq solaxaydırsa sağda yerləşdirin . Elə olduqda işıq
    kitabı və dəftəri düzgün şəkildə işıqlandıracaq.

Məktəbli otağının əsas atributu yazı stolu hesab olunur. Stol oxumağa
həvəs yaratmalıdır. Çox ciddi görünüşlü stol oxumaq həvəsini alacaq, qeyri –
ciddi görünüş isə lazımi ab – hava yaratmayacaq.
Yuxu sahəsini, əksinə, pəncərədən daha uzaqda yerləşdirmək lazımdır.
Günəşin və ya fənərlərin işığı onu oyatmayacaq, küçənin səs-küyü isə uşağınızın
yuxuya getməsinə mane olmayacaq. Məktəbli otağı üçün dizayn layihələrində
yataq tez-tez qarderob, pərdə və ya divar ilə ayrılır.

Oyun sahəsi istirahət və hobbi üçün yerdir. Yerdə oynamaq üçün yer və
istilik lazımdır. Geniş otaq layihələrində oyun sahəsi küncdə, kiçik otaq
lahiyələrində isə ortada yerləşdirilir.
Uşaqların bu yaşda artıq maraqları və hobbiləri formalaşır. Ona görə mebel
seçərkən onları nəzərə alın. Uşaqların fikrinə qulaq asmaq , bir yerdə mebel
seçmək ən yaxşı variantdır.

Yeniyetmə üçün otaq tərtibatı

Yeniyetmə üçün öz otağı , onun “şəxsi bir guşə”sidir. O, orada oxuyur,
dostlarını dəvət edir və onlarla vaxt keçirir, oynayır, əylənir. Yeniyetmənin
otağının tərtibatıını sahibinə həvalə etmək ən yaxşı variantdır. Yeniyetmə üçün
özünü ifadə etmək çox vacibdir və o, bunu öz otağında tam şəkildə ifadə edə
bilər. Ona görə də ona öz fikrinizi qəbul etdirmək yerinə, ortaq məxrəcə gəlsəniz
daha gözəl nəticə əldə edə bilərsiniz.
Yeniyetmənin otağının tərtibatı zamanı 6 əsas qaydanı gözləsəniz gözəl
nəticə əldə edə bilərsiniz:

  1. Mebelin rəngi – Quraşdırılmış mebel üçün ideal rənglər ağ, boz və ya
    ağartılmış ağacdır. Onlar tamamilə neytraldır və bütün digər rənglərlə
    birləşdirilə bilər. Bundan başqa hər bir üsluba uyğundur və vizual olaraq
    interyeri yükləmir.
  2. Rəng politrası – Əsas rəng palitrası neytral olsun: ağ, bej, boz, indigo
    və torpaq rəng çalarları. Qara və ağac rəngi yalnız detallarda ola bilər.
    Yeniyetmələr otağı özlərinə uyğunlaşdırmağı sevirlər. Tezliklə otaq
    sevimli, şəxsi əşya və aksessuarlar dolacaq . Əgər dekorasiyaya rəng
    əlavə etsək, onda uşağa otağı fərdiləşdirmək imkanı verməyəcəyik.
  3. İşıqlandırma – Ən geniş fəaliyyət sahəsi işıqlandırma dizaynıdır. Sadə
    dizayn və rəngarəng aksessuarlar kontekstində interyeri xüsusilə
    maraqlı edəcək olan işıq konturlarıdır. Gizli LED zolaqlar, simli işıqlar,
    stol lampası, divar lampaları, RGB LED (işıq rəngi seçimi ilə) və s.

Beləliklə, yeniyetmənin qabaqcıl işıqlandırma seçimləri ilə otaq
atmosferini idarə etmək imkanı olacaqdır.

  1. Mebel – Yeniyetmənin otağında qapalı saxlama sistemlərini təchiz
    etmək daha yaxşıdır. Açıq rəflər vizual xaos və dağınıqlıq hissi yaradır.
  2. Dekorasiya və bəzəkdən uzaq olun – Asan və ucuz dəyişilə bilən
    hər şeyi yeniyetmənin seçməsinə icazə verin.
  3. Üslub – Yeniyetmə üçün ən uyğunu müasir üslubdur. Müasir üslubun
    ən yaxşısı – Skandinaviya, minimalizm və loftdur.

Yeniyetmə üçün mebel yataq , güzgülü şkaf və trimodan ibarət ola bilər.

Bəyənə biləcəyiniz məqalələrimiz

Divan eviniz üçün alacağınız ən vacib mebel parçalarından biridir. Oturmaq üçün rahat ,dəstəkləyici ,dayanıqlı olmalı və uzunömürlü materiallardan hazırlanmalıdır. Nəticədə

Divan və koltuq seçərkən aşağıdakı məsələlərə diqqət etmək vacibdir: Son olaraq, bütün faktorlar bir arada nəzərə alınmalıdır. Divan və koltuqların

Yataq Uşaq otağında ən vacib əşya sayılır . Hər şeydən əvvəl , yataq uşağıistirahət və sağlam yuxu ilə təmin edir