Uşaq otağı

Uşaq otağı

Uşaq otağı necə olmalıdır?

Bəzən valideynlər otağın gözəl görünməsi üçün onu lazım olandan cox bəzəyirlər.Sevdiynizdən çox şeyə həvəslənə ,hər gördüyünüzün lazım olduğunu güman edə bilərsiz.Amma həddən artıq əşya və rəng körpəyə yorucu təsir bağışlayır.Nəyin nə üçün olduğunu anlamayan uşağa sıx və darısqal otaq yox,sadə ,səliqəli ,təhlükəsiz və rahat mühitin olması vacibdir. Bu həm onun,həm də onunla çox ünsiyyətdə olanların əhval -ruhiyyəsinə ,psixoloji vəziyyətinə yaxşı təsir edir. Bu otaqda uşaq vaxtın əhəmiyyətli bir hissəsini keçirəcək,böyüyəcək və inkişaf edəcək olduğundan,yer bir oyun sahəsi,bir istirahət yeri və təhsil üçün gələcək bir künc şəklində bir neçə ayrı hissəyə bölünməlidir. Dünyaya yeni gəlmiş körpəsi üçün hazırlıq görmək çarpayı,araba ,pal-paltar almaq hamıya xoşdur.Amma valideynlər uşaqlarına otaq ayırmaqda tərəddüt edirlər.Ya otaqların azlığından ,ya da övladını tək qoymaq istəməyən valideynlər onları elə öz otaqlarındada yerləşdirirlər.Uşağı ilk günlər tək qoymamaq yaxşıdır,amma buna hazır olandan sonra ayrılmaq həm sizin ,həm də körpənizin rahatlığını ,sərbəstliyini təmin edir. Uşaq otağı bu yalnız bir otaq deyil.Bura uşağın özünü ən rahat hiss etdiyi yerdir.Rahat abu -hava ilə bərabər otağı pratik,inkişaf etdirici və sehirli bi yerə çevirmək olar? Əmin olun ki,uşaqlarınızın divarında şəkil çəkə biləcəyi və ya gizlənə biləcəyi bir otağının olması onun ən böyük xəyallarından biridir.Bu xəyalları həyata keçirdərək sizlərdə onlar üçün dünyadakı ən yaxşı valideyn ola bilərsiniz Evinizdə uşaqlarınız üçün otaq hazırlayarkən həmin otaqlar gələcək sakinlərin fikrini öyrənmək və ya hec olmasa özünüzü onların yerinə qoyaraq ən cəsarətli ideyaları həyata kecirtməyə çalışın. Gəlin çox ciddi xərclər tələb etmədən və kiçik mənzillərə belə uyğun olan bir neçə dizayn həlli ilə tanış olaq: 1.İndividual yanaşma Uşağınızın arzuladığı otağı qurmağı qerara almısınızsa,onların rəng seçimini və maraqlarını nəzərə alın.Bu zaman hər şey alınacaq.

2.Parlaq divarlar

Otağın divarlarında uşağınızın sevdiyi cizgi film personajlarının rəsmini çəkin və ya sevdiyi rəngə boyayın.Bu onu çox sevindirəcək.

3.Darıxdırmayan mebel

Orjinal dekor və parlaq rənglərdən əlavə olaraq qeyri-adi dizaynlı mebeller de yerinə düşər.Orjinal söykənəcəkli stul və rəngarəng buflar və s.

4.Aktiv istirahət üçün zona

İplə və ya dırmanacaqları, atış edəcəkləri balaca idman guşəsi yaradın.Uşaqlar öz enerjilərini sağlamlığa sərf edəcəklər.Qızlar üçün baletlə məşğul olacaqları kiçik qurğu quraşdıra bilərsiniz.

5.Gizlənəcəkləri guşə

Biz böyüklərdən hansımız uşaq vaxtı öz evciymizin xəyalını qurmamışıq ? Gözlərdən uzaq , gizlənə biləcəkləri bir guşəni yaratsanız emin olun ki ,uşaqlar bunu çox sevəcək.

6.Əgər siz iki və ya üç uşaq üçün otaq düzəldirsinizsə ,hər kəsin öz guşəsi olmağı çox vacibdir.İkimərtəbəli çarpayı və ya yan -yana dayanmiş çarpayıları müxtəlif mebel,rəngarəng arakəsmələrlə ayıraraq hər kəsin öz guşəsini yaratmaq olar. Psixoloqlar bir uşaq doğulduqdan dərhal sonra onun üçün ayrı bir otaq ayırmasını məsləhət görmürlər.Çünki uşağın bir il anaya yaxın olması çox vacibdir .

7.Həm oglan ,həm də qızlar üçün əsas olan onların güclü və sağlam böyüməsidir.

Bu məsələdə isə ən yaxşısı uşaq otağında onların həm özlərinin ,həm də ətrafdakıların xeyrinə olacaq şəkildə enerji sərf etmələri üçün idman guşəsi yaratmaqdır. Üç yaşından etibarən uşaqlar böyüklərdən ayrılmağa meyilli olurlar və əgər uşaq istəyərsə ,uşağı ayrı otağa köçürməyə başlamaq olar. 5-7 yaşdan sonra uşaqda fərdi bir yerə ehtiyac yaranır .Bu dövrdə uşaq məktəbə getdiyi üçün diqqəti cəmləmək və ev tapşırıqlarını yerinə yetirmək üçün ona rahat olacağı yerə ehtiyac duyur. Körpəni valideynlərdən ayrı otağa köçməsinə məcbur etməyin.Ona yatmaq və otağında oynamaq istəyini yaratmaq məsləhətlidir.Bunu etmək üçün ,uşağın otağını birlikdə təşkil etməyə çalışın ki,bu halda əlbəttə uşaq öz hüqüqlarını iddia edəcək. 12 yaşından etibarən yeniyetmələr üçün ayrıca otağın və şəxsi məsafənin olması vacib haldır.Uşağa otaq ayırmağa imkan yoxdursa mən nə etməliyəm? Uşağa arakəsmələr ilə ayrı bir künc təşkil etməyə çalışın.Bu məkanın mümkün qədər geniş və işiqlı olması vacibdir. Əgər bir necə uşaq bir yaşayarsa ,onların hərəsinin oyun və dərslər üçün ayrı otağının olması vacıbdır.Hər bir uşağın öz kreslosu ,masa ,şkaf və yatağı olmalıdır .Oyun sahəsi ümümi olsa da olar . Əks cinsli uşaqların böyük yaş fərqi varsa məsələn,5-10 il ,hər uşağın ayrı bir otağının olması məsləhət görülür. Hər halda ,hər ailə individualdır və yalnız siz uşağınızın nəyə ehtiyacı olduğnu ,nə sevdiyini harada ona rahat olacağını bilirsiniz.Əsas odur ki,hər kəsin rahat bir künc tapa biləcəyi planlaşdırmanı seçəsiniz.

Uşaq mebeli

Uşaq mebeli alarkən ucuz qiymət sizin üçün cazibədar görünə bilər.Ancaq bu sizin bir müddət sonra təəssüf etməyinizə səbəb ola bilər.Bu gün geniş seçim imkanı təklif edən bir çox mağaza fəaliyyət göstərir.Lakin bu ,təklif olunan bütün uşaq mebellərinin keyfiyyətli olması demək deyildir.Yalnız bir neçə ay işinizə yarayacaq,daha sonra isə dəyərdən düşəcək uşaq mebellərindən uzaq durmağınız məsləhət görülür.Uşaq mebeli seçərkən diqqətli olmaq və keyfiyyətli əşyalara pul xərcləmək lazımdır. Fərqli material növləri üzərində düşünün.Əgər uşağınızın otağı üçün sağlam və gözəl uşaq mebeli materialı seçmək istəyirsinizsə,fərqli materialları yaxşıca araşdırın.Daha dözümlü ,tez cızılmayn ,su ilə təmasdan xarab olmayan material seçməyə çalışın. Uşağınızın həyat tərzini nəzərə alın.Övladınızın yaşı və hansı növ fəaliyyətlərlə məşğul olmaları uşaq mebeli üçün alış-veriş etdikdə nəzərə alınmalıdır.Məsələn,idmanla aktiv şəkildə məşğul olan yeniyetmə üçün nəzərdə tutulan üslubu arxa plana atmayacaq daha möhkəm mebellər tapmağa çalışın.Ləkəyə davamlı möhkəm və dözümlü materiallardan istehsal olunmuş mebelləri tərcih edin.

Rəng spektri

Çox vaxt yeni doğulmuş bir uşaq üçün daxili bir otaq dekorasiya edərkən sakit və pastel rənglərə rast gəlinir .Əsasən fon seçərkən körpənin cinsiyyəti xüsusiyyətləri nəzərə alınır.Məsələn qızlar üçün incə çəhrayı və ya pastel krem çeşidini ,oğlanlar üçün səssiz bej ,mavi rəngləri və ya südlü qəhvəyi yumşaq bir kölgəni seçirlər Müasir uşaq mebellərinin əksəriyyəti onların öz funksiyalarını yerinə yetirsə də ,bu mebeller haqqında realistik düşünməlisiniz.Məsələn ,balaca bir qız övladı üçün çəhrayı rəngli mebel seçə bilərsiniz.Ancaq nəzərə almalısınız ki,bir neçə il sonra bu mebelin dizaynı böyük bir qız üçün uyğun olmayacaq. Bir uşaq otağı üçün yalnız yüksək keyfiyyətli ekoloji cəhətdən təmiz təbii materiallar seçməli və otağı işlək mebellə təchiz etməliyik . Otaq yaxşı havalandırılmalı və rahat bir temperatur və rütubət olmalıdır

Bəyənə biləcəyiniz məqalələrimiz

Divan eviniz üçün alacağınız ən vacib mebel parçalarından biridir. Oturmaq üçün rahat ,dəstəkləyici ,dayanıqlı olmalı və uzunömürlü materiallardan hazırlanmalıdır. Nəticədə

Divan və koltuq seçərkən aşağıdakı məsələlərə diqqət etmək vacibdir: Son olaraq, bütün faktorlar bir arada nəzərə alınmalıdır. Divan və koltuqların

Yataq Uşaq otağında ən vacib əşya sayılır . Hər şeydən əvvəl , yataq uşağıistirahət və sağlam yuxu ilə təmin edir