[et_pb_section fb_built=”1″ _builder_version=”4.8.2″ _module_preset=”default” background_enable_color=”off” use_background_color_gradient=”on” background_color_gradient_start=”rgba(0,0,0,0.41)” background_color_gradient_end=”rgba(186,57,58,0.53)” background_color_gradient_direction=”119deg” background_color_gradient_start_position=”50%” background_color_gradient_end_position=”11%” background_color_gradient_overlays_image=”on” background_image=”https://need-mebel.com/wp-content/uploads/2019/03/metbəx-təzgahlari.jpg” min_height=”500px” min_height_tablet=”” min_height_phone=”” min_height_last_edited=”on|phone” height=”434px” hover_enabled=”0″ alt=”mətbəx təzgahları” title_text=”metbəx-təzgahları” sticky_enabled=”0″][et_pb_row _builder_version=”4.8.2″ _module_preset=”default” min_height=”270px” custom_padding=”||221px|||”][et_pb_column type=”4_4″ _builder_version=”4.8.2″ _module_preset=”default”][et_pb_text _builder_version=”4.8.2″ _module_preset=”default” header_font=”|800|||||||” header_text_color=”#FFFFFF” header_font_size=”42px” background_enable_image=”off” custom_padding=”88px|||||” hover_enabled=”0″ sticky_enabled=”0″]
Mətbəx təzgahları
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section][et_pb_section fb_built=”1″ _builder_version=”3.22″][et_pb_row _builder_version=”3.25″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat”][et_pb_column type=”4_4″ _builder_version=”3.25″ custom_padding=”|||” custom_padding__hover=”|||”][et_pb_text _builder_version=”4.8.2″ hover_enabled=”0″ sticky_enabled=”0″ header_2_font=”|700|||||||” header_2_font_size=”32px” text_font_size=”18px” text_line_height=”1.8em”]
Təzgah mətbəxin ən vacib elementidir . O, mətbəxin yalnız praktiki deyil, estetik funksiyasını da yerinə yetirir. Təzgahın mümkün qədər uzun müddət xidmət etməsi və görünüşü ilə zövqünüzü oxşaması üçün, ilk növbədə, onun istehsalı zamanı istifadə olunan material çeşidlərini və hər birinin xüsusiyyətlərini anlamaq lazımdır.
Mdf və Dsp – dən olan təzgahlar
Laminasiya edilmiş səth 3 hissədən ibarətdir : kraft kağız, dekorativ kağız və melamin və akril qatranı olan qoruyucu örtük. Bir neçə qatdan ibarət olan kraft kağızı sintetik qatran ilə emal edilən güclü bazadır. Dekorativ kağızdan hazırlanmış ikinci hissə müxtəlif rəsmlərdən istifadə edərək masanı bəzəyəcək. Üçüncü hissə xarici görünməz təbəqədən ibarətdir. Bu hissə işıq , istilik və aşınma müqavimətinə, həmçinin yeməklərin düşməsinə, kəskin əşyalara, deterjanlara və digər güclü kimyəvi maddələrə məruz qalarkən təzgahı zədələnmədən qoruyur. Səth laminasiya edildikdə heç bir açıq sahələr olmamalıdır.
Mdf və dsp əsasında hazırlanmış təzgahlar çox davamlıdır . Onlar istilik və günəş işığına məruz qalmır və soba yaxınlığında quraşdırıla bilər. Laminatlı mətbəx təzgahı nəmliyə qarşı azdavamlıdır , üzərinə su düşürsə, dərhal silinməlidir .
Laminatlı təzgahın nəmlik müqaviməti digər materiallara nisbətən daha aşağı olmasına baxmayaraq, daha ucuzdur, onu quraşdırmaq olduqca asandır .
Təbii ağacdan olan təzgahlar
Təbii ağacdan hazırlanan təzgahlar əsasən palıd, albalı və qozdan hazırlanır . Təzgahın dayanıqlığını qorumaq, onu xarici mühitdən və cızıqdan qorumaq üçün onu cilalayıb və üzərinə xüsusi yağ vurulur. Bu, olduqca mürəkkəb prosesdir. Bu texnika ağacı suyun təsirindən çınqılmasını aradan qaldırır və gözəl görünüş verir. Taxta təzgahın daim qayğıya ehtiyacı var.
Təbii daşdan olan təzgahlar
Təzgah istehsalı üçün bəlkə də ən yaxşı material təbii daşdır. Təzgahlar mərmər və qranitdən hazırlanır .
Qranit
Qranit təzgah əsasən, təxminən iki və ya üç santimetr qalınlığında olan möhkəm daş, bazalt və ya qranit olan plitədir. Bu plitələri yerin dərinliklərindən çıxardırlar. Plitələr emal prosedurasından sonra öz formasını alır : ilk növbədə kəsilir, sonra cilalanır və sonda kənarları formaya salınır. Təbii daş təzgahlarının istehsal texnologiyası çox çətindir və buna görə də onların qiyməti bahadır . Qranit təzgahın mənfi cəhəti onun ağır olması və zədələndiyi zaman bərpa olunmamasındadır.
Mərmər
Mərmər təzgahının əsas üstünlüyü onun gözəl görünüşüdür və fiqurlu profilin köməyi ilə işlənib hazırlanarsa, mətbəxə möhtəşəm zəriflik verəcəkdir. Onun bir üstün cəhəti də suya davamlı olmasıdır.
Süni daş olan akril təzgahlar
Süni daşdan təbii daşın alternatividir. Akril piqmentlər, mineral dolğu və akril qətran akril daşın əsas komponentləridir. Qeyri-gözənəkli quruluşa malik olduğu üçün maye və müxtəlif kimyəvi maddələr canına hopmur və göbələk və bakteriyaların təsirinə məruz qalmır. Bundan başqa, akril daş, rahat təmizləndiyi üçün aqressiv yuyucu vasitələrə ehtiyac yoxdur.Təzgahın akril səthi 180 dərəcədən yuxarı temperatura tab gətirmir. Akril daşın üstün cəhətlərindən biri də cızıq olduğu zaman bərpa oluna bilməsidir .
Şüşə təzgahlar
Şüşə təzgah istiliyə və suya davamlıdır. Şüşə təzgahları zəngin rəng çalarları ilə seçilir, lakin çox bahadırlar. Onları təmizləmək çox asandır.
Dəmir təzgahlar
Dəmir təzgah hay-tek üslublu mətbəxlərdə çox gözəl görünəcəklər. Onlar çox gigiyenik və istiliyə davamlıdırlar və heç bir kimyəvi təsirdən qorxmurlar. Belə təzgahlar üç növü var : aynalı , cilalanmış və yivli .
Bunlardan əlavə mat metal növü də geniş yayılıb. Bu təzgahlar ən praktikdir. Çünki belə səhtlər asan yuyulur, və zədənəndiyi zaman asan cilalanır.
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section][et_pb_section fb_built=”1″ _builder_version=”4.8.2″ _module_preset=”default”][/et_pb_section]