Haqqimizda

Need Mebel şirkəti haqqinda qisa məlumat

Need Mebel uğurla fəaliyyət göstərir və inkişaf edir. Biz öz təcrübəmizlə müştərilərimizin hörmətini qazanmışıq. Bizim profilimiz istehsalçıdan sifariş edilən mebellərdir. Buraya , yalnız mətbəx mebelləri deyil, həm də bütün növ mebellər aiddir. Evinizi təmir edirsiniz , ya yeni mənzilə köçürsünüz və ya yeni ev tikirsinizsə, yeni mebeli haradan ala bilərsiniz? Cavab sadədir – bizimlə əlaqə saxlayın.

Biz mebellərin lahiyəsini qurur, onu istehsal edir və quraşdırırıq. Şirkətimizin peşəkar işçiləri hər bir müştəri ilə fərdi işləyirlər. Biz sizin ehtiyacınıza və büdcənizə uyğun olaraq xəyal etdiyiniz mebeli seçib sizə təhvil verəcəyik. Hər ailənin büdcəsi lyuks mebel əldə etməyə imkan vermir. Lakin bu gün biz istehsalçıdan yüksək keyfiyyətli, gözəl ekono-klass mətbəxləri təqdim etməyə hazırıq.

Bizim dizaynerlərimiz mebeli ən kiçik detallar ilə dizayn edərək sizə rəng və üslub seçimində kömək edəcəklər. Onlar sizə uyğun vaxtda evinizə gəlib mebelin ölçüsünü götürəcək, seximizdə çalışan ustalarımız isə sizlər üçün etibarlı mətbəx düzəldib evinizdə quraşdıracaqlar.

Elə bu gün biz sizə bitmiş layihələrimizin geniş çeşidini göstərməyə hazırıq. Mətbəxim mebel şirkəti klassik , müasir ,hay-tek , minimalizim və s. üslubu mebellərə malikdir. Biz künc və ya otağın bütün perimetrində olan əla növ mebellər düzəldirik.

“Need Mebel” mebel şirkəti sizə Azərbaycanda ən ucuz qiymət və əla keyfiyyət təklif edir. Hal – hazırda , Bakıda mətbəx mebel təchizatçı bazarı doludur. Vaxtınızı və gücünüzü boş yerə sərf etməyin. Sizi məmnun edəcək mebellər Need Mebeldə sizi gözləyir.

Keyfiyyətli mətbəx mebelləri

Pulsuz çatdırılma və quraşdırılma

Münasib və büdcənizə uyğun qiymətlər

Vaxtınızı və gücünüzü boş yerə sərf etməyin. Sizi məmnun edəcək mebellər Need Mebeldə sizi gözləyir.

FAQ

Need Mebel mebel şirkəti nə cür mebellər təklif edir?

Biz müxtəlif növ mebellər təklif edirik, o cümlədən mətbəx mebelləri, yataq otağı və qonaq otağı mebelləri. Hər bir müştərinin ehtiyaclarına və büdcəsinə uyğun olaraq xüsusi sifarişlə mebel dizaynı və istehsalı həyata keçiririk.

Biz mebellərin lahiyəsini hazırlamaqdan başlayaraq, istehsalını və evinizdə quraşdırılmasına qədər tam xidmət təklif edirik. Peşəkar dizaynerlərimiz sizə rəng və üslub seçimində kömək edəcək, evinizə ölçü götürməyə gələcək və etibarlı mətbəx mebellərinizi quraşdıracaqlar.

Sifariş verərkən, mebelin ölçüsü, rəngi və üslubunu dəqiq müəyyənləşdirmək vacibdir. Dizaynerlərimizlə birgə çalışaraq, eviniz üçün ən uyğun seçimləri edə bilərsiniz. Ehtiyaclarınızı və büdcənizi bizimlə açıq şəkildə müzakirə etmək də önəmlidir.

Xeyr, biz keyfiyyətli mətbəx mebellərimizin pulsuz çatdırılmasını və quraşdırılmasını təklif edirik. Bu, müştərilərimizin rahatlığı və məmnuniyyətini təmin etmək üçün edilir.

Biz müxtəlif ödəniş üsullarını qəbul edirik, o cümlədən nağd ödəniş, bank köçürməsi ilə ödənişləri. Sizin üçün ən rahat olan ödəniş metodunu seçə bilərsiniz.

Mebel sifarişi vermək üçün veb-saytımızda yer alan əlaqə formunu doldura, ya da bizimlə telefon və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya biləriniz