Mətbəx stilini necə müəyyənləşdirmək olar?

Əvvəlcə qeyd edək ki, pis və ya  yaxşı, dəbli və ya dəbsiz  üslub yoxdu. Sizin xarakteriniz və həyat tərzinizə uyğun və ya  həyat tərzinizə uyğun olmayan üslublar var. Özünüzə uyğun üslubu seçməzdən əvvəl isə üslublarla daha ətraflı tanış olmalısınız.

Mətbəxiniz  nə qədər parlaq və qeyri-adi olarsa ,onu dəbin təsiri altında tez – tez  dəyişməli olacaqsınız.

Mətbəx mebelinizi tez-tez dəyişməyi  planlamırsınızsa, klassik, kantri , modern,minimalizm üslublarından birinə üstünlük verin . Rəng qamması sizin fərdi rəng seçiminizdən asılıdır. Mətbəxiniz üçün üstünlük verdiyiniz rəng çalarlarını seçməyi məsləhət görürük. Düzgün seçilmiş rəng heç vaxt gözünüzü yormayacaq.

Mətbəx dizaynı

Mətbəx – bütün ailənin evdə bir yerə toplaşdığı ən vacib yerlərindən biridir. Mətbəxdə  vaxtımızın əhəmiyyətli bir hissəsini keçirdiyimiz üçün ora rahat, çoxfunksiyalı olmalı və  sahibəsinin  zövqünü oxşamalıdır. Mövcud mətbəx  üslublarını nəzərdən keçirək.

Mətbəx üslubları 

KLASSIK ÜSLUBLU MƏTBƏX

Klassika hər zaman dəbdədir  və bu, bu üslubun əsas üstünlüyüdür. Dəbin pik nöqtəsində nə olursa olsun , klassik üslublu mətbəx zaman xaricindədir!  Klassik mətbəx üçün mebel əsasən taxtadan – palıd , göyrüş ağacı, ağcaqayın, vələs , fıstıq  kimi sərt ağaclardan hazırlanır. 

Hal – hazırda , təbii ağacdan əlavə klassi mətbəxi bəzəmək üçün müxtəlif  materiallar var. Təbii ağaca oxşayan MDF, akril, plastik kimi  materiallar klassik interyerə uyğun gəlir.Klassik mebelin rəng çaları bej və qəhvəyi rəngərə doğru dəyişir. 

klassik mətbəx interyerini geniş otaqlar üçün seçmək daha yaxşıdır., kiçik mətbəxdə bu dizayn yarımçı görsənəcək. Kiçik mətbəxdə klassik dizaynı  istəsəniz , dekorsuz , aznaxışlı sadə formalı mebelə  üstünlük verməlisiniz. Beləliklə, kiçik mətbəxinizdə geniş yer saxlamış olacaqsınız. . Bundan əlavə, açıq rənglərə, mat şüşələrə üstünlük verin.. İşıqlı mətbəxdə dekorun çoxluğu belə yeri kiçiltmir. 

DAHA ƏTRAFLI

MODERN ÜSLUBLU MƏTBƏX

Modern üslubu lakonik forma və detalları ilə , lazımsız elementlərin olmaması ilə xarakterizə olunur. Bu, mətbəx dizaynı üçün olduqca praktik stildirbu dizaynda mətbəx texnikası adətən quraşırılır.  Rəng sxemi üç rəngdən daha çox istifadə etməmək və aralarındakı uyğunluq qaydalarına riayət etməklə müxtəlif ola bilər.

İnteryerdə işıqlandırmaya daha çox diqqət yetirilir: İşıqlandırma təkcə məkanın  formasını deyil , həm rəng çalarlaını da  dəyişə bilər. Modern  üslubu kiçik  mətbəxlər  üçün də tətbiq oluna bilər.

DAHA ƏTRAFLI

KANTRI ÜSLUBLU MƏTBƏX

Kantri – rahat və praktik kənd üslubudur. . Klassik üslub kimi, kantri üslublu mebellər   təbii materiallardan hazırlanır. Məişət texnikası mümkün qədər təbii materiallara uyğun seçilb yerləşdirilir. Çünki parlaq, xrom səthlər bu dizaynla disqarmoniya təşkil edir. Çox vaxt bu dizayn üçün antik mebel seçilir. Şkafın tutacaqları sarı metallardan hazırlanır, interyer daş və ya mərmər ilə tamamlanır.

 Kantri üslubunda xalçalardan  və  kətan pərdələrdən istifadə olunur. Bu mətbəxin mənfi cəhəti  çox elementlərdən istifadə olunmasıdır. Bu da  interyer üçün  geniş yer tələb edir.

DAHA ƏTRAFLI

HAY-TEK ÜSLUBLU MƏTBƏX

Meqapolisin  müasir üslubu ola hay-tek kantri və klassikdən  şüşə və metalın bolluğu ilə fərqlənir. Hay – tek üslubunun əsas atributu ən son model məişət cihazlarıdır. Onlar  bu üslubun əsas təcəssümüdür. Mebel məişət cihazlarının funksionallığını vurğulamaq məqsədinə xidmət edir. 

Hay-tek üslubu ən çox dəyişikliyə məruz qalan və çoxlu maliyyə vəsaiti tələb edən üslubdur. 

Hay-tek  üslublu mətbəxin rəng çaları dominant parlaq (qırmızı, mavi, sarı, yaşıl) və neytral kontrast rəngdən  (boz, polad, qara, ağ, qızıl) ibarətdir.

Qırmızı və boz – hay – tek  mətbəxinin ən xarakterik rənglərindən biridir. 

DAHA ƏTRAFLI

MINIMALIZIM ÜSLUBLU MƏTBƏX

Minimalizm dekorun olmaması , xətlərin maksimal  dəqiqliyi, düzgün həndəsi formasının olması, monoxrom (monoton) rəng qamması  ilə xarakterizə olunur. Sonsuzluq illuziyasını yaratmaq üçün işıqlandırmaya daha çox diqqət yetirilir. Mebelin səthi  parlaq və  hamar olur. Mebel – texnologiyaya əlavə funksiyasını daşıyır. Düz xəttlər, funksionallıq – üslubun əsas xüsusiyyətləridir.

İşıq  və məkanın düzgün birləşməsi minimalizm tərzli mətbəxin əsas vəzifəsidir. Mətbəxin interyerində artıq heç nəyin olmaması üslubun əsas xarakteridir